DÇ-2026: Avropadan son iştirakçıları pley-off müəyyən edəcək
İdman
19.11.2025 09:10
DÇ-2026 seçmə mərhələsinin Avropa qrup mərhələsi başa çatıb
TodayPress TV xəbər verir ki, 12 qrup qalibi birbaşa finala vəsiqə qazanıb.
16 komanda isə mundiala düşmək üçün pley-offda dörd yer uğrunda mübarizə aparacaq.
Bu komandalara seçmə mərhələni qruplarında ikinci yerdə bitirən Slovakiya, Kosovo, Danimarka, Ukrayna, Türkiyə, İrlandiya, Polşa, Bosniya və Herseqovina, İtaliya, Uels, Albaniya və Çexiya daxildir.
Millətlər Liqası vasitəsilə pley-offa vəsiqə qazanan komandalar isə Rumıniya, Şimali İrlandiya, İsveç və Şimali Makedoniyadır.
Qeyd edək ki, bu komandalar dörd qrupa bölünərək iki tək oyunlu raundla yarımfinal və finalda yarışacaqlar. Hər qrupun qalibi DÇ-2026-ya vəsiqə qazanacaq.
Yarımfinal oyunları martın 26-da, finallar isə bundan 5 gün sonra keçiriləcək.
Pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək.
Namiq HUN
tag: DÇ-2026, Avropa qrup mərhələsi ,Kubok, pley-off ,Todaypress.tv,
