“Dayanıb ona baxırdıq” - Zidan Ronaldoya heyranlığını gizlətmədi

İdman

03.03.2026 10:13

Əfsanəvi fransalı yarımmüdafiəçi və “Real Madrid” klubunun sabiq baş məşqçisi Zinəddin Zidan keçmiş komanda yoldaşı, braziliyalı Ronaldo Nazario barədə xatirələrini bölüşüb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “L'Equipe” nəşrinə müsahibə verib.

Zidan Ronaldo haqqında bunları deyib:

“Əsl Fenomen! Bu, təkcə mənim fikrim deyil - o, bu statusu bu gün də qoruyur. O, həqiqətən unikal idi. Uzun müddət “kral klubu”nun heyətində onunla çiyin-çiyinə oynamaq şərəfi mənə nəsib olub. Ronaldo ləqəbini böyük hərflərlə doğruldurdu.

O, bütün lazımi keyfiyyətlərə malik idi və eyni zamanda çox səmimi, həyat dolu insan idi. İnsan onunla dost olmaq üçün əlindən gələni etmək istəyirdi. Amma ən heyrətamiz məqam onun məşqlərdə etdikləri idi. Bu, təsəvvürün hüdudlarını aşırdı. Bəzən komanda yoldaşları sadəcə dayanıb ona baxırdular.

Onun topla davranışı məşqlərdə də rəsmi oyunlardakı kimi möhtəşəm idi”.

Xatırladaq ki, Ronaldo iki dəfə “Qızıl top” mükafatına layiq görülüb - 1997 və 2002-ci illərdə.

Namiq HUN

TodayPress TV

tag: Zinəddin Zidan,Ronaldo Nazario,Real Madrid,Xatirə,Todaypress.tv,