Davin Cəfərov Bombarralda parladı!
İdman
03.12.2025 14:13
Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov Portuqaliyanın Bombarral beynəlxalq trekində keçirilən mövsümün bağlanış yarışında uğurlu nəticə ilə yadda qalıb.
TodayPress TV xəbər verir ki, Cəfərov EK125 kateqoriyasının sürətli pilotu kubokunu qazanıb.
O, kartinq üzrə EK125 kateqoriyasına lider kimi başlasa da, yarımfinalda mühərrikin sıradan çıxması səbəbindən finişə çata bilməyib. Lakin final mərhələsində göstərdiyi əla performans Davinin yarışı 2-ci yerdə başa vurmasına imkan verib.
Mükafatlandırılma mərasimində ona EK125 kateqoriyasının sürətli pilotu kuboku təqdim edilib.
Qeyd edək ki, təmsilçimizin beynəlxalq arenada uğurlu çıxışı Portuqaliyada “McLaren GT4” komandasının rəhbərliyinin diqqətini cəlb edib. Davin Cəfərovun yüksək potensialı həmçinin “Renault” komandasının da marağına səbəb olub. 16 yaşlı pilot “Formula-4” testlərinə dəvət alıb.
Davin Cəfərovun ən böyük arzusu Azərbaycanı “Formula-1” yarışında təmsil etməkdir.
Namiq HUN
tag: EK125,Cəfərov,Formula-4,Renault,Todaypress.tv,
