Daşkənddə böyük sınaq – 19 cüdoçu tatamidə!
İdman
23.02.2026 18:47
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 27 fevral – 1 mart tarixlərində Özbəkistanda Böyük Dəbilqə turniri keçiriləcək.
TodayPress TV xəbər verir ki, Daşkənddə baş tutacaq yarışda Azərbaycan 12 çəki dərəcəsində 19 idmançı (12 kişi, 7 qadın) ilə təmsil olunacaq. Yığmamız Dünya Turu seriyasının nüfuzlu mərhələsində mühüm reytinq xalları uğrunda mübarizə aparacaq.
Komandaya kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik rəhbərlik edəcək. Qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, məşqçi isə İmarverdi Məmmədovdur.
Heyəti təqdim edirik:
Kişilər
-60 kq: Əhməd Yusifov, Balabəy Ağayev
-66 kq: Nizami İmranov, Turan Bayramov
-73 kq: Kamran Süleymanov, Hidayət Heydərov
-81 kq: Ömər Rəcəbli
-90 kq: Murad Fətiyev
-100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov
+100 kq: Camal Qamzatxanov, Kənan Nəsibov
Qadınlar
-48 kq: Könül Əliyeva, Şəfəq Həmidova
-52 kq: Aydan Vəliyeva, Leyla Əliyeva
-63 kq: Fidan Əlizadə
-70 kq: Südabə Ağayeva
+78 kq: Madina Kaisinova
Yarışda həmçinin Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Üç gün davam edəcək turnirdə 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.
Namiq HUN
tag: Beynəlxalq Cüdo Federasiyası, 27 fevral,Riçard Trautman,Komanda,Todaypress.tv,
