Danışılmış matçlar tennisçiyə baha başa gəldi

Danışılmış matçlar tennisçiyə baha başa gəldi
22.12.2025 16:38 İdman

Çinli tennisçi Pan Jenlu danışılmış oyunların təşkilində iştirakına görə 12 il müddətinə diskvalifikasiya edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) rəsmi məlumat yayıb.

25 yaşlı tennisçi 2024-cü ilin may–sentyabr ayları ərzində 22 matçın nəticəsinin əvvəlcədən razılaşdırılmasında, yaxud buna cəhd göstərilməsində iştirak etdiyini etiraf edib.

Pan Jenluya diskvalifikasiya ilə yanaşı 110 min ABŞ dolları məbləğində cərimə də tətbiq olunub. Bu məbləğin 70 min dolları şərti hesab edilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər