Dani Sebalyos yeddi həftəlik sıradan çıxdı
İdman
22.02.2026 21:00
"Real"ın yarımmüdafiəçisi Dani Sebalyosun zədəsi ilə bağlı rəsmi məlumat yayılıb. İspaniyalı futbolçu La Liqanın son turunda "Osasuna"ya 1:2 hesabı ilə uduzduqları matçda sıradan çıxıb.
TodayPress TV xəbər verir ki, tibbi müayinələrdən sonra Sebalyosun sağ ayağının daban əzələsində cırılma aşkar edilib.
"COPE" radiosunun müxbiri Migel Anxel Diazın verdiyi məlumata görə, 29 yaşlı futbolçunun yaşıl meydanlara qayıtması üçün ən azı yeddi həftə vaxt lazım olacaq.
Dani Sebalyos üçün "Osasuna" ilə oyun həm də psixoloji cəhətdən ağır keçib. Belə ki, matçın 90-cı dəqiqəsində məhz onun top itkisindən sonra rəqib qələbə qolunu vurub. Futbolçu sosial şəbəkə hesabında bu səhvinə görə azarkeşlərdən üzr istəyib və məsuliyyəti üzərinə götürüb.
Zədə səbəbindən Sebalyos Çempionlar Liqasında "Benfika", eləcə də ölkə çempionatında "Xetafe" və "Atletiko Madrid" ilə keçiriləcək vacib oyunları qaçıracaq.
tag: Real, Dani Sebalyos,Zədə ,COPE,TodayPress TV,
