Dana Uaytdan UFC 331 üçün möhtəşəm bonus sürprizi!
UFC-nin baş direktoru Dana Uayt sentyabrın 19-da ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək UFC 331 turniri üçün xüsusi bonus elan edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
Yalnız bu turnir üçün “Əsl xaos” (“Real Chaos”) adlı xüsusi bonus təqdim olunacaq.
“Yalnız bir gecəlik qəfəsdə “əsl xaos” üçün bonus tətbiq edəcəyik. UFC 331 üçün 50 min dollar məbləğində “Əsl xaos” bonusu təsis edəcəyik və bu mükafat, mənim fikrimcə, ona ən çox layiq olan döyüşçüyə veriləcək”, – deyə Uayt bildirib.
Qeyd edək ki, UFC 331-in əsas döyüşündə yüngül çəki (57 kq-a qədər) üzrə çempion amerikalı Coşua Van kəmərin sabiq sahibi braziliyalı Aleksandr Pantoja ilə revanş qarşılaşmasına çıxacaq.
Namiq HUN