Dana Uayt BOMBANI PARTLATDI: rekord mükafatlı UFC gecəsi

İdman

09.05.2026 11:00

Ağ Evdə keçiriləcək UFC turnirinin mükafat fondu 1 milyon dollar  olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Dana Uayt rəsmi mətbuat konfransında bildirib. 

ABŞ-da Ağ Evdə keçiriləcək xüsusi UFC turniri - UFC White House: Freedom 250 - ümumilikdə 1 milyon dollar mükafat fondu ilə təşkil olunacaq.

 “Gecənin döyüşü” - hər iki döyüşçüyə 300 min dollar təqdim olunacaq. “Ən yaxşı performans” - iki döyüşçüyə 200 min dollar təşkil edəcək. 

Ümumi fond - 1 milyon dollar olacaq. 

Bu sistem UFC-nin adi bonus strukturlarından daha yüksək səviyyədə stimullaşdırıcı hesab olunur.

Turnirin əsas qarşılaşması 70 kq-da məğlubedilməz, ispan-gürcü əsilli 29 yaşlı çempion Ilia Topuria və keçmiş müvəqqəti çempion, təcrübəli 37 yaşlı amerikalı Castin Qetji arasında baş tutacaq.

Turnir 15 iyun 2026-cı ildə Vaşinqtonda baş tutacaq. Döyüş gecəsi UFC tarixində ən qeyri-adi tədbirlərdən biri kimi qiymətləndirilir.

Namiq HUN

TodayPress TV 

tag: Ağ Ev, UFC turniri, Mükafat ,Dana Uayt ,Todaypress.tv,