“Dalğa Arena”da möhtəşəm start – millimiz qalibdir!

“Dalğa Arena”da möhtəşəm start – millimiz qalibdir!
03.03.2026 17:13 İdman

Azərbaycanın qadın futbolçulardan ibarət yığma komandası dünya çempionatının seçmə mərhələsinə inamlı qələbə ilə başlayıb.

TodayPress TV-nin məlumatına görə, millimiz Dalğa Arenada keçirilən oyunda Şimali Makedoniya yığmasına 2:0 hesabı ilə qalib gəlib.

C Liqasının 3-cü qrupunda mübarizə aparan komandamızın heyətində hər iki qolu 28-ci və 77-ci dəqiqələrdə Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü martın 7-də səfərdə Macarıstan yığmasına qarşı keçirəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər