Daha sürətli futbol: “Napoli” rəhbəri qaydaları dəyişmək istəyir
İdman
14.04.2026 17:14
“Napoli” klubunun prezidenti Aurelio De Laurentiis futbol qaydalarında radikal dəyişikliklər təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
O bildirib ki, müasir tamaşaçılar oyunun dinamikasının az olması səbəbindən futbola marağını itirir. De Laurentiisə görə, futbol daha qısa, daha sərt və daha baxımlı olmalıdır.
Onun əsas təkliflərindən biri oyun müddətinin dəyişdirilməsidir. Klub prezidenti hər hissənin 45 dəqiqədən 25 dəqiqəyə endirilməsini təklif edir. Bu addımın komandaların daha yüksək tempdə oynamasına və matçların daha maraqlı keçməsinə səbəb olacağını düşünür.
Bundan başqa, Aurelio, simulyasiyanın tam aradan qaldırılmasını istəyir. De Laurentiisin fikrincə, qaydanı pozan futbolçu dərhal meydandan kənarlaşdırılmalıdır.
İntizam qaydalarında da dəyişikliklər təklif olunur. O, sarı və qırmızı vərəqələrin ləğvini, əvəzində isə xokkey və reqbidə olduğu kimi 5 və ya 20 dəqiqəlik müvəqqəti cəzaların tətbiqini irəli sürüb.
De Laurentiis həmçinin hesab edir ki, futbolda qolların sayı artırılmalıdır və qaydalar daha çox hücum futboluna uyğunlaşdırılmalıdır.
Namiq HUN
tag: Aurelio De Laurentiis,Napoli,Klub,Futbol,Todaypress.tv,
