Daha bir cüdoçumuz "Böyük Dəbilqə" turnirində qızıl medal qazandı

Daha bir cüdoçumuz "Böyük Dəbilqə" turnirində qızıl medal qazandı
28.02.2026 18:15 İdman

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, Ömər Rəcəbli (81 kq) finalda Abdul-Kerim Tasuyevi (Rusiya) məğlub edib.

Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə medal şanslarını itiriblər.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər