Cüdoçumuz Zaqrebdə himnimizi səsləndirdi

Cüdoçumuz Zaqrebdə himnimizi səsləndirdi
17.11.2025 11:14 İdman

Xorvatiyada keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb. 

TodayPress TV xəbər verir ki, son yarış günündə millimiz aktivinə iki medal yazdırıb. 

+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək Zaqreb turnirinin qızıl medalını qazanıb. O, finalda Niderland cüdoçusu Yur Spaykersi ipponla məğlub edib. 

Vüqar Talıbov (90 kq) isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc medal qazanıb.  

Qeyd edək ki, daha əvvəl Hüseyn Allahyarov (60 kq) bürünc mükafatın sahibi olmuşdu. 

Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan yığması 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Cüdoçumuz Zaqrebdə himnimizi səsləndirdi — 1
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər