Cüdoçumuz Qran-Pri turnirində bürünc medal qazandı

Cüdoçumuz Qran-Pri turnirində bürünc medal qazandı
14.11.2025 21:15 İdman

Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.

Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.

Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər