Cüdoçularımız Riqada 4 medal qazandılar

Cüdoçularımız Riqada 4 medal qazandılar
18.11.2025 17:00 İdman

Latviyada Avropa Cüdo Ümidləri Turniri keçirilib.

TodayPress TV xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışın mükafatları uğrunda 20 ölkədən 289 cüdoçu mübarizə aparıb.

Millimizin Riqa turnirindən qazancı 2 qızıl, 1 gümüş və 1 bürünc medal olub.

Fəxrim Məhərrəmov (U-13, 46 kq) və Fərhad Quliyev (U-15, 60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıblar. 

Səccət Tağıyev (U-15, 42 kq) gümüş, Cahid Bayramlı (U-15, 66 kq) isə bürünc mükafata sahib çıxıb.

Namiq HUN

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər