Cüdoçularımız Avstriyada daha iki medal qazandılar
İdman
08.03.2026 00:03
Avstriyanın Linz şəhərində keçirilən "Qran-pri" turnirinin ikinci günündə Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.
TodayPress TV xəbər verir ki, hər iki medal 81 kq çəki dərəcəsində əldə edilib.
Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb. Vüsal zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Ömər isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.
Xatırladaq ki, ötən gün Ruslan Paşayev (66 kq) yarışın qalibi olmuşdu.
Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında üçüncü, kişilər arasında isə birinci pillədə qərarlaşıb.
tag: Avstriya, Cüdo,Qran-pri, Azərbaycan, todaypress.tv,
Azərbaycan Kuboku: “Sabah” 1/8 finaldan uğurla keçdi
03.12.2025
“Sabah” klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb.TodayPress TV xəbər verir ki, 1/8 finalda “İmişl...
Oval Ofisdən oktaqona: UFC tarix yazır
25.02.2026
Ultimate Fighting Championship (UFC) Ağ Evin qarşısında keçiriləcək tarixi turnirin büdcəsini açıqlayıb.TodayPress TV xə...
"Araz” evdə böyük hesabla məğlub oldu
07.08.2025
“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.TodayPress TV xəbər verir ki, Elmar...
İslamiada: Voleybol millimiz gümüş medal qazandı
13.11.2025
Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. TodayPress TV xəbər verir ki, qadın...
Gəncə Avropa çempionatına uğurla ev sahibliyi etdi
12.11.2025
Gəncə şəhərində keçirilən aerobika gimnastikası üzrə gənclər və 15 yaşadək idmançılar arasında Avropa çempionatı başa ça...
“Napoli” hücum xəttini gücləndirir
13.06.2025
“Napoli” klubu “Udineze”nin hücumçusu Lorenso Lukka ilə müqavilə şərtlərini razılaşdırıb. TodayPress TV xəbər verir...
"Ordu" komandası "Lənkəran"a qalib gəldi
28.03.2026
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunun daha bir oyunu keçirilib.TodayPress TV xəbər verir...
Benzema “Əl-Hilal”da: Səudiyyə futbolunda güc balansı dəyişir
03.02.2026
Fransa millisinin sabiq hücumçusu, “Qızıl top”un sahibi Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer...
İspaniyada böyük sınaq: yelkənçilərimiz Avropa səhnəsində!
08.04.2026
İspaniyada yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Laser Sinfi Assosiasiyası) Avropa çempionatı keçiriləcək.TodayPress TV...
Lüksemburq millisinin futbolçusu “Neftçi”də
30.07.2025
“Neftçi” Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.TodayPress TV xəbər verir ki, bunu klubun mətbua...
