“Çox taktika, az futbol” – Kapellodan İtaliyaya tənqid
İdman
05.01.2026 17:22
Tanınmış italiyalı futbol mütəxəssisi Fabio Kapello 2026-cı il dünya çempionatının favoritləri və İtaliya millisinin mövcud durumu ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.
“Mən İspaniyanı çox bəyənirəm. Fransa da hər zaman favoritdir. Onların Mbappesi var, üstəlik başqa keyfiyyətli oyunçuları da. İngiltərə yığması da yaxşı nəticələr göstərir. Braziliyaya gəlincə, Ançelotti ilə nə edəcəklərini hələ görəcəyik. Mart ayında pley-off oynayacaq İtaliya millisinə gəldikdə isə, “Milan”ın əsas heyətində cəmi bir italiyalı var. “Yuventus”da iki. “İnter”də dörd və ya beş. “Roma”da isə iki və ya üç. Problemin mahiyyəti məhz budur. Gələcəyə baxanda seçim imkanlarımız çox deyil. Hazırlıq sistemi iflasa uğrayıb. Taktika çox, futbolçu isə azdır. İtaliya futbolunun problemi də bundadır”, - deyə Kapello bildirib.
Namiq HUN
tag: Kapello,İtaliya,Tənqid,2026,Todaypress.tv,
