Cordanın kölgəsində qalan əfsanə – Pippen barədə şok sözlər

İdman

02.03.2026 09:35

Yeddiqat NBA çempionu Robert Orri “Çikaqo Bullz”un uğurlarında Skotti Pippenin roluna münasibət bildirib. 

TodayPress TV xəbər verir ki, o bu fikirləri məşhur “The Dan Patrick Show” proqramının efirində səsləndirib.

Onun sözlərinə görə, komandanın qurduğu əfsanəvi dövrdə Pippenin əməyi tez-tez Maykl Cordanın böyüklüyünün kölgəsində qalır və bu səbəbdən də lazımi qiymətini almır.

Horry qeyd edib ki, superulduzlarla eyni komandada oynamağın öz çətin tərəfi var:

“Böyük oyunçularla, Maykl Cordan səviyyəsində superulduzlarla oynayanda hamı deyir ki, “o yalnız Cordan sayəsində qalib gəlirdi”. Amma bəlkə də Cordan məhz Pippen sayəsində qalib gəlirdi?”

Onun fikrincə, Skotti Pippenin karyerasına daha dərindən baxmaq və etdiklərini düzgün qiymətləndirmək lazımdır:

“Mən hesab edirəm ki, Skotti o qədər az qiymətləndirilib və kifayət qədər tanınmayıb ki, bir çox insan oturub onun bütün karyerası boyunca etdiklərinə baxmalı və buna heyran qalmalıdır. O, böyük oyunçu idi.”

Namiq HUN

TodayPress TV

tag: Skotti Pippen,Maykl Cordan,Çikaqo Bullz,NBA ,Todaypress.tv,