Cokoviç tennisdə yeni səhifə açır

Cokoviç tennisdə yeni səhifə açır
27.05.2026 14:30 İdman

Novak Cokoviç “Rolan Qarros” turnirində yeni rekord qırmağa hazırlaşır və Rocer Federerin göstəricisini geridə qoyacaq.

TodayPress TV xəbər verir ki, 24 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olan serbiyalı tennisçi 2-ci raundda Fransa təmsilçisi Valentin Ruayer ilə qarşılaşacaq.

Bu oyun Cokoviç üçün “Rolan Qarros”da 120-ci matç olacaq. Beləliklə, o, bir “Qrand Slam” turnirində ən çox oyun keçirən tennisçi kimi tarixə düşəcək və Federerin əvvəlki rekordunu (119 matç Uimbldon, 117 Avstraliya Açıq) üstələyəcək.

Cokoviç karyerası ərzində:

24 “Böyük Dəbilqə” titulu 

40 ATP Masters qələbəsi 

7 ATP Final turniri qalibiyyəti 

2024 Olimpiya qızıl medalı 

102 ATP titulu (101 fərdi yarışda) qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər