ÇL yayımında qalmaqal: Matç son anda kanal dəyişdi

İdman

06.05.2026 23:35

İdman jurnalisti Kənan Məstəliyev Çempionlar Liqasının yayımı ilə bağlı narazılığını ifadə edib.

TodayPress TV xəbər verir ki, K. Məstəliyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bu gün keçirilən PSJ - Bavariya qarşılaşmasının əvvəlcədən "CBC Sport" vasitəsilə yayımlanacağı bildirilsə də, oyun vaxtı yayım qəfil olaraq Sport TV kanalına verilib.

Məstəliyev bunu tamaşaçılara qarşı hörmətsizlik kimi qiymətləndirib:

“Bu biabırçılıqdan başqa bir şey deyil. Matçı "Sport TV" verəcəkdisə, niyə vaxtında elan edilməmişdi? Bu, tamaşaçıya qarşı açıq-aşkar hörmətsizlik, işə “vecsiz” yanaşmadır. Kimin günahkar, səbəbkar olmasından asılı olmayaraq”.

Jurnalist ümumilikdə builki UEFA ÇL yayımını da tənqid edib və Azərbaycanda bu səviyyədə qarışıqlığın daha əvvəl yaşanmadığını vurğulayıb.

TodayPress TV

tag: PSJ,Bavariya,İdman,Futbol,Todaypress.tv,