ÇL yarışı qızışır: Nevill favoritlərini açıqladı

İdman

02.03.2026 16:01

Keçmiş “Mançester Yunayted” futbolçusu Qari Nevill 2025/2026 mövsümünün sonunda UEFA Çempionlar Liqası (ÇL) zonasına düşəcək komandalarla bağlı proqnozunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə Sky Sports nəşrinə danışıb. 

Nevillin fikrincə, “Mançester Yunayted” mövsümü üçüncü pillədə başa vuracaq:

“Düşünürəm ki, Mançester Yunayted mütləq üçüncü olacaq. Altı həftə əvvəl vəziyyətə baxanda bunu demək çətin idi. Amma indi komandada müsbət dinamika var və diqqəti yayındıran amillər yoxdur.”

O, həmçinin “Liverpul”un dördüncü sırada qərarlaşacağını bildirib.

Nevillə görə əsas sual işarəsi “Çelsi” və “Aston Villa” ilə bağlıdır. O, “Aston Villa”nın ilk beşlikdə yer almasını istədiyini vurğulayıb və komandanın baş məşqçisini təcrübəli və müdrik mütəxəssis adlandırıb. Lakin yarımmüdafiə xəttindəki zədələrin komandaya mənfi təsir etdiyini qeyd edib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə “Arsenal” (64 xal) başçılıq edir. İkinci pillədə “Mançester Siti” (59 xal) qərarlaşıb. İlk beşliyi “Mançester Yunayted” (51 xal), “Aston Villa” (51 xal) və “Liverpul” (48 xal) tamamlayır.

Namiq HUN

TodayPress TV

tag: Qari Nevill,Mançester Yunayted,UEFA,ÇL,Todaypress.tv,