Çimərlik güləşçilərinin dünya çempionatı həyəcanı
Yunanıstanda çimərlik güləşi üzrə U17 dünya çempionatı keçirilir.
TodayPress TV xəbər verir ki, Katerini turnirində Azərbaycanı 10 güləşçi təmsil edir.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında oğlanların mübarizəsində güləşçilərimizdən Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq), Elvin Hacıquliyev, Nihad Süleymanlı (hər ikisi 80 kq), Möhlət Qasımov və Elgün Kərimli (hər ikisi 90 kq) bacarıqlarını göstərəcəklər.
İlk dəfə təmsil olunacağımız qızların turnirində isə Ülviyyə Musayeva (55 kq) və Rəna Nuriyeva (65 kq) çıxış edəcək.
Mundialda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
Namiq HUN