CIES-dən sensasion reytinq: birinci Arda Güler oldu!
Beynəlxalq Futbol İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 10 hücumameyilli yarımmüdafiəçisinin siyahısını dərc edib.
TodayPress TV xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.
Siyahıda 124,8 milyon avro ilə “Real Madrid”in yarımmüdafiəçisi Arda Güler birinci olub.O, bu göstəricidə almaniyalı Florian Virts (124,1 milyon avro) və ingiltərəli Cud Bellinqem (120,3 milyon avro) kimi futbolçuları üstələyib.
Dünyanın ən bahalı 10 hücumameyilli yarımmüdafiəçisini təqdim edirik:
1. Arda Güler (“Real Madrid”) - 124,8 milyon avro
2. Florian Virts (“Liverpul”) - 124,1 milyon avro
3. Cud Bellinqem (“Real Madrid”) - 120,3 milyon avro
4. Fermin Lopes (“Barselona”) - 115,9 milyon avro
5. Koul Palmer (“Çelsi”) - 110,6 milyon avro
6. Junior Krupi (“Bornmut”) - 89 milyon avro
7. Lennart Karl (“Bavariya”) - 86,3 milyon avro
8. İbrahim Maza (“Bayer Levekuzen”) - 85,1 milyon avro
9. Camal Musiala (“Bavariya”) - 84,2 milyon avro
10. Dominik Soboslai (“Liverpul”) - 78,3 milyon avro.
Namiq HUN