“Cenoa” böhrandan çıxış yolu axtarır
İtaliyanın “Cenoa” klubunun baş məşqçisi Patrik Vieyra və idman direktoru Marko Ottolini vəzifələrindən azad oluna bilərlər.
TodayPress TV “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, buna səbəb klubun A Seriyasında uğursuz start götürməsidir.
Klub yeni idman direktoru axtarır. Həmin şəxs isə fransalı mütəxəssisin taleyi ilə bağlı qərar verəcək.
İdman direktoru vəzifəsində Ottolini ispaniyalı Dieqo Lopesin əvəz edəcəyi gözlənilir.
“Cenoa” A Seriyasında 9 oyundan sonra 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.
Namiq HUN