Çempiondan cəsarətli açıqlama: titul bu pilotun ola bilər
İdman
17.02.2026 17:44
Dördqat dünya çempionu Sebastian Fettel hesab edir ki, “Formula-1”in 2026 mövsümündə çempionluğa əsas namizəd “Mersedes” pilotu Corc Rasselldir.
TodayPress TV Servus TV-yə istinadən xəbər verir ki, Fettel bildirib ki, hazırkı vəziyyətdə “Mersedes”ə mərc etmək məntiqli görünür.
Onun sözlərinə görə, bu mühərrikdən istifadə edən “Maklaren” də son illərdə ciddi inkişaf göstərib.
“Corc Rasselli favorit hesab edirəm, çünki ona güvənirəm. O, çox ağıllı pilotdur və öz üzərində ciddi işləyir. Sürücü kimi komandaya hansı töhfəni verə biləcəyini yaxşı anlayır və vəziyyəti dəyişə biləcək potensiala malikdir. Pelotonda belə bacarığı olan bir neçə pilot var. İntuisiya mənə məhz Corcun “Mersedes”lə birlikdə bu il ən uğurlu olacağını deyir”, – deyə Fettel bildirib.
Xatırladaq ki, Bəhreyndə keçirilən ilk rəsmi qış testlərinin nəticələrinə əsasən, “Mersedes” pilotları Kimi Antonelli və Corc Rassell müvafiq olaraq birinci və ikinci yerləri tutublar.
Namiq HUN
tag: Sebastian Fettel,Formula-1”,Mersedes,Corc Rasselld,Todaypress.tv,
