Çempion “Zenit”in startında gözlənilməz geriləmə

Çempion “Zenit”in startında gözlənilməz geriləmə
24.08.2026 14:51 İdman

Sankt-Peterburqun “Zenit” klubu Rusiya Premyer Liqasının ilk beş turunda ikinci məğlubiyyətini alıb.

TodayPress TV “Opta”ya istinadən xəbər verir ki, klub 24 il əvvəl də analoji göstərici ilə üzləşmişdi.

Bu nəticə “Zenit”in 2002-ci ildən bəri ilk dəfə mövsümün ilk beş oyununda iki məğlubiyyət alması deməkdir. 

Maraqlıdır ki, “Zenit” 2002-ci ildə ilk beş turda iki məğlubiyyətdən sonra mövsümün yekununda Rusiya çempionatını yalnız 10-cu pillədə başa vurmuşdu.

Hazırda “Zenit” 9 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Son ölkə çempionu lider “Krasnodar”dan 6 xal geri qalır.

Qeyd edək ki, “Zenit” son səkkiz Rusiya çempionatının yeddisində qalib olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər