Çempion qapıçı yeni ünvanda – “Şəfa”dan iddialı addım

Çempion qapıçı yeni ünvanda – “Şəfa”dan iddialı addım
09.06.2026 12:06 İdman

“Şəfa” klubu Nicat Mehbalıyevi transfer edib. 

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi heyətini yeni qapıçı ilə gücləndirib.

“Şəfa” qolkiper Nicat Mehbalıyev ilə 1 illik müqavilə imzalayıb.

25 yaşlı futbolçu son olaraq “Sabah” klubunun formasını geyinib. O, ötən mövsüm “bayquşlar”ın heyətində Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb.

Mehbalıyev karyerası ərzində “Qarabağ” komandasının da formasını geyinib. Qolkiper icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında da çıxış edərək qapını qoruyub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər