“Çelsi” Delapla yollarını ayırdı – yeni ünvanı bəlli oldu!
İngiltərənin “Nottingem Forest” klubu “Çelsi”nin hücumçusu Liam Delapın transferini rəsmən açıqlayıb.
TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.
Delap ötən mövsümü “Çelsi”də keçirib və bütün turnirlərdə 47 matçda iştirak edib. Hücumçu UEFA Çempionlar Liqasında da 5 qarşılaşmada meydana çıxıb. O, turnirdəki ilk qolunu “Barselona”ya qarşı matçda vurub. London təmsilçisi həmin görüşdə 3:0 hesabı ilə qalib gəlib.
Daha əvvəl yayılan məlumatlara əsasən, “Nottingem Forest”in Delap üçün “Çelsi”yə ödəyəcəyi təzminatın təxminən 52 milyon avro olacağı bildirilirdi.
Namiq HUN