“Çelsi” baş məşqçi postu üçün məşhur adlara üz tutdu
İdman
12.05.2026 11:33
Londonun “Çelsi” klubu baş məşqçi postuna əsas namizədlərdən biri kimi Xabi Alonso variantını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, 44 yaşlı ispaniyalı mütəxəssis də bu ehtimalı istisna etmir. Lakin tərəflər arasında yekun qərar hələ verilməyib və danışıqlar davam edir.
Vakant posta digər namizədlər arasında Andoni Iraola da yer alır. İspaniyalı məşqçi mövsümün sonunda “Bornmut” klubundan ayrıla bilər.
Xatırladaq ki, Xabi Alonso daha əvvəl “Real Madrid” klubunun baş məşqçisi olub və sonradan vəzifəsindən ayrılıb.
Hazırda “Çelsi” klubunda baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Kalum Makfarleyn icra edir.
Daha əvvəl londonluların namizədlər siyahısında Oliver Qlasner və Filipe Luis adları da var idi.
Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqanın turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Namiq HUN
tag: Çelsi,Xabi Alonso,baş məşqçi,Namizəd,Todaypress.tv,
