Bunu yalnız Ferstappen bacarardı: 101-ci yerdən start götürüb çempion oldu!

Bunu yalnız Ferstappen bacarardı: 101-ci yerdən start götürüb çempion oldu!
17.09.2026 11:40 İdman

“Maks vs 100” yarışının direktoru və trasın layihələndiricisi David Teryen dördqat “Formula-1” çempionu Maks Ferstappenin unikal bacarıqlarından danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Red Bull”un mətbuat xidməti məlumat yayıb.

“Hələ heç kim bu qədər böyük bir qrupda sıx sıxlıqdan keçmək məcburiyyətində qalmamışdı. Çünki heç vaxt kartinq yarışında eyni anda bu qədər kart iştirak etməmişdi. Hətta Maksın özü də startdan öncə bu sıxlıqdan necə çıxacağını düşünürdü.

Startın təkrarına baxsanız, görərsiniz ki, o, həmişə doğru trayektoriyanı seçirdi. Yol açılan kimi dərhal istifadə edirdi. Trasın bir tərəfində qəza baş verəndə Maks artıq digər tərəfdə olurdu.

Düşünürəm ki, onu digərlərindən fərqləndirən əsas cəhət startları və reaksiyasının sürətidir. Şou xarakterli yarış olmasına baxmayaraq, o, öz ustalığını hər tərəfli nümayiş etdirdi. Maksın yarış mühəndisi ilə start kadrlarını yenidən izlədik. Maks bizimlə müqayisədə tamam başqa şeyləri görür. O, boşluğun yarandığını hələ o tam açılmadan öncə hiss edir. Bu, ancaq onda olan unikal yarış duyğusudur”, – deyə Teryen bildirib.

Xatırladaq ki, niderlandlı pilot tarixin ən kütləvi kartinq yarışında 101-ci yerdən start götürərək cəmi 35 dəqiqəyə bütün 100 rəqibini geridə qoymağı bacarıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər