Bu dəfə Azərbaycan derbisini hansı klub qazanacaq?
"Neftçi" klubu Azərbaycan derbisində 16 oyundur "Qarabağ"ı məğlub edə bilmir.
TodayPress TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Derbidə ən uzun qələbə seriyası "Qarabağ"a məxsusdur - 9 oyun. Bu seriya 2 may 2023-cü il tarixindən indiyədək davam edir.
"Neftçi"nin ən uzun qələbə seriyasından isə 21 il ötüb - 3 oyun. Uğurlu dövr 11 iyul 2003-cü ildən 5 dekabr 2004-cü ilə qədər olan müddəti əhatə edir.
Derbidə ən uzun qələbəsiz seriya "Neftçi"nin passivindədir - 16 oyun. “Ağ-qaralar” 19 may 2021-ci ildən indiyədək qələbəyə həsrət qalıblar.
"Qarabağ"ın isə ən uzun qələbəsiz seriyaları 2 dəfə qeydə alınıb – 7 oyun. Bu 1994 – 1996 və 2005 – 2008-ci illər arasında olan dövrdə qeydə alınıb.
Qeyd edək ki, "Qarabağ" və "Neftçi" klubları növbəti dəfə Premyer Liqanın XI turunda bir araya gələcəklər. Noyabrın 11-də "Azərsun Arena"da baş tutacaq matç saat 18:44-də start götürəcək.
Namiq HUN