Brunu Fernandeş: “Ronaldo bilir ki, səhvə yol verdi”

İdman

15.11.2025 15:29

“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Brunu Fernandeş Portuqaliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin V turunda İrlandiya ilə oyununda (0:2) Kriştianu Ronaldonun meydandan qovulmasına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Fernandeş Record nəşrinə açıqlamasında bildirib:

“Qırmızı vərəqə - sadəcə futbolda baş verən hadisələrdən biridir. Kriştianunun həmin anda verdiyi reaksiya ona baha başa gəldi. O bunu etmək istəmirdi, amma nəticədə belə oldu. O bilir ki, səhv edib. Növbəti oyunda bizə kömək edə bilməyəcək, amma bu, gerçəyi dəyişmir - biz onsuz da qovulmadan əvvəl hesabda geridə idik. Əlbəttə, qırmızı vərəqə vəziyyəti çətinləşdirdi, çünki meydanda 10 nəfər qaldıq və istənilən an qol vura biləcək oyunçumuz artıq yox idi”.

Qeyd edək ki, İrlandiya - Portuqaliya matçında meydan sahibləri 17-ci və 45-ci dəqiqələrdə Tiro Perrorun vurduğu qollar sayəsində qalib gəlib. Ronaldo isə 59-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb.

Namiq HUN

TodayPress TV 

tag: “Mançester Yunayted”,Brunu Fernandeş ,Kriştianu Ronaldo,Qırmızı vərəqə,Todaypress.tv,