Braziliyadakı 3 qızıldan sonra növbə Çinindir: Boks millimiz Dünya kubokuna yollanır

Braziliyadakı 3 qızıldan sonra növbə Çinindir: Boks millimiz Dünya kubokuna yollanır
12.06.2026 18:47 İdman

Azərbaycan boksçuları iyunun 15-də Çinin Quyyan şəhərində start götürəcək Dünya kubokunda mübarizə aparacaqlar.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Yarış 7 gün davam edəcək.

Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya Kubokunda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqesə (90 kq) şans verəcək.

Çimkənddə təlim-məşq toplanışında olan boksçularımız Quyyana Qazaxıstandan yollanacaqlar. Dünya kubokunun püşkü iyunun 14-da atılacaq.

Qeyd edək ki, millimiz Braziliyada keçirilən ilin ilk Dünya Kubokunda 3 qızıl, 1 bürünc medal qazanıblar.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər