Böyük qərar: Xabi Alonso qeyri-sabit klubu seçmədi
“Real Madrid” klubunun sabiq baş məşqçisi Xabi Alonso Fransanın “Marsel” klubundan gələn təklifi qəbul etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.
Liqa 1 təmsilçisi 44 yaşlı mütəxəssisi baş məşqçi postundan uzaqlaşdırılan Roberto De Zerbinin əvəzedicisi kimi görürdü. Lakin Xabi Alonso klub daxilindəki qeyri-sabit vəziyyət səbəbindən təklifi geri çevirib.
Daha əvvəl ispaniyalı mütəxəssisin “Mançester Siti”yə rəhbərlik edəcəyi barədə xəbərlər də yayılmışdı.
Xatırladaq ki, Alonso bu ilin yanvarın 12-də “Real Madrid” klubundakı vəzifəsindən istefaya göndərilib.
Namiq HUN