Boksçumuz İslamiadada qızıl medal qazandı

Boksçumuz İslamiadada qızıl medal qazandı
10.11.2025 23:45 İdman

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.

TodayPress TV xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində döyüşən Səidcəmşid Cəfərov bu gün final görüşünə çıxıb.

İdmançımız türkiyəli Sultan Osmanlı ilə üz-üzə gəlib.

Təmsilçimiz bu görüşdə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər