BOK prezidenti Olimpiya dəyərləri ilə bağlı sərt mesaj verdi
Kirsti Koventri idmançıların hökumətlərin qərarlarına görə məsuliyyət daşımamalı olduqlarını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sport Nation” məlumat yayıb.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olimpiya dəyərləri ilə bağlı fikirlərini bölüşüb.
“Tam aydın şəkildə düşünürəm ki, idmançılar hökumətlərinin qəbul etdiyi qərarlara görə məsuliyyət daşımamalıdırlar. Lakin bu halda onların məsuliyyəti olimpiya dəyərlərinə uyğun yaşamaq və bu prinsipləri təcəssüm etdirməkdir. Əgər onlar bizim razılaşmadığımız dəyərləri təbliğ edirlərsə, o zaman kifayət qədər güclü təşkilat olmalı və belə deməliyik: sizə Oyunlarda iştirak etməyə icazə verilmir”, – deyə Koventri bildirib.
BOK rəhbəri çıxışında Olimpiya hərəkatının əsas prinsiplərinin qorunmasının vacibliyini də vurğulayıb.
Namiq HUN