Böhran sonrası addım: Rivers “Baks”dan göndərildi

İdman

13.04.2026 14:08

“Miluoki Baks” klubu baş məşqçi Dok Rivers ilə yollarını ayırıb.

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, qərar klub rəhbərliyi tərəfindən qəbul olunub. 

Rivers “Miluoki Baks”da üç mövsüm çalışıb və bu müddətdə 97 qələbə, 103 məğlubiyyətlə yadda qalıb. Komanda onun rəhbərliyi altında iki dəfə pley-offa yüksəlsə də, hər iki halda ilk mərhələdə mübarizəni dayandırıb.

Cari mövsümdə isə “Baks” 32 qələbə və 50 məğlubiyyətlə Şərq Konfransında 11-ci yeri tutaraq 2016-cı ildən bəri ilk dəfə pley-offa və pley-in mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Dok Rivers 2023/2024-cü illər mövsümünün ortasında komandaya qoşularaq Edrian Griffini əvəz etmişdi.

Onun “Miluoki Baks”dakı ən böyük uğuru 2024-cü ildə NBA Kubokunu qazanması olub.

Namiq HUN

TodayPress TV

tag: Miluoki Baks,Dok Rivers,Komanda,NBA,Todaypress.tv,