“Bir titulla kifayətlənməyəcəyik!”: Coş Hart Rəqiblərinə meydan oxudu
“Nyu-York Niks”in hücum edən müdafiəçisi Coş Hart komandasının əldə olunanla kifayətlənməyəcəyinə və ardıcıl ikinci çempionluğu qazanacağına əminliyini ifadə edib.
TodayPress TV “Basket News”a istinadən xəbər verir ki, Hart komandanın motivasiyasının yüksək olduğunu bildirib:
“Üzərimizdə böyük təzyiq olacağını düşünmürəm, çünki anladığım qədərilə heç kim bizi yenidən çempionluğa əsas namizəd hesab etmir. Biz bunu əlavə motivasiya kimi istifadə edəcəyik. Biz hələ də ovçuyuq və bir titulla kifayətlənmək niyyətində deyilik. Bəllidir ki, növbəti məqsəd daha bir çempionluq qazanmaqdır. Bu rolda olmaq xoşumuza gəlir. Çempionluq üzüyünü alacağım günü səbirsizliklə gözləyirəm, bu, möhtəşəm bir gecə olacaq”.
Qeyd edək ki, çempionluq üzüklərinin təqdimetmə mərasimi oktyabrın 20-də keçiriləcək. Mövsümün açılış matçında “Nyu-York Niks” doğma meydanda Lebron Ceymsin çıxış etdiyi prinsipial rəqibi “Filadelfiya” ilə üz-üzə gələcək.
Namiq HUN