Bir qol, bir qələbə və yeni loqo – “Krasnodar”dan zarafat!
“Krasnodar” Jubalın möhtəşəm qolunun şərəfinə klub loqosunu “yenilədi”.
TodayPress TV xəbər verir ki, “Krasnodar” sosial şəbəkələrdə klubun loqosunu zarafatla dəyişərək müdafiəçi Jübalın möhtəşəm qolunu qeyd edib.
Yeni loqoda Mahaçqalanın “Dinamo” klubuna qarşı Rusiya Premyer Liqasının 5-ci tur matçında Jubalın akrobatik zərbə ilə vurduğu qola işarə edilib. Braziliyalı müdafiəçinin 80-ci dəqiqədə vurduğu qol “Krasnodar”a 1:0 hesablı qələbə qazandırıb və komandanın çempionatdakı liderliyini qorumasına imkan verib.
“Loqonu daha aktual versiya ilə dəyişdik”, – deyə klubun mətbuat xidməti zarafatla bildirib.
“Krasnodar” RPL-də keçirdiyi beş oyundan sonra 15 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.
Namiq HUN