Benzema: “Kiliandan çox şey gözlənir, amma o tək deyil”

İdman

18.11.2025 09:23

“Real Madrid” klubunun sabiq hücumçusu Kərim Benzema Kilian Mbappenin hazırkı forması və komandadakı rolundan danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.  

Benzema bildirib ki, Mbappe daha yetkin oyun sərgiləyir və “Real”da ondan hər matçda qol gözləyirlər. Mbappe xüsusilə “Atletiko” və “Liverpul” kimi sıx oynayan komandalar qarşısında fərdi keyfiyyətlərini nümayiş etdirməlidir. 

Benzema həmçinin qeyd edib ki, Mbappenin uğuru komanda ilə qarşılıqlı anlaşmadan asılıdır:

“Real” həlledici anlarda Mbappeyə güvənir, amma o, təkbaşına Çempionlar Liqasını qazana bilməz. Onun yanında Vinisius və digər komanda yoldaşları olmalıdır”.

O, Vinisius, Mbappe, Rodriqo və Bellinqem arasında daim ünsiyyət və qarşılıqlı anlaşmanın vacib olduğunu bildirib. Benzemaya görə, Bellinqemdən bombardir olması tələb olunmamalıdır, çünki bu, Mbappenin zonasına aiddir, eləcə də Mbappe klassik “10 nömrə” funksiyasını daşımamalıdır. Bu, Bellingemin roludur.

Benzema sonda vurğulayıb ki, Mbappe cari mövsüm daha inamlı görünür, lakin həlledici epizodlarda daha yüksək konsentrasiya göstərməlidir.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 16 matçda 18 qol vurub və 2 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Kərim Benzama,Mbappe,Hücumçu,Todaypress.tv,