“Bavariya”nın gənc futbolçusu Belçikada yeni səhifə açdı!
“Bavariya” 17 yaşlı yarımmüdafiəçisi Uisdom Maykın “Brügge” klubuna keçdiyini açıqlayıb.
TodayPress TV xəbərt verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniyalı vinger “Bavariya”ya 2022-ci ilin yayında, “Borussiya” Mönhenqladbax akademiyasından transfer olunub.
Mayk 2025/2026-cı illər mövsümündə Bundesliqada “Bavariya”nın heyətində 4 matçda iştirak edib. O, UEFA Çempionlar Liqasında da bir qarşılaşmada meydana çıxıb. Futbolçu bu görüşlərdə məhsuldar fəaliyyətlə yadda qalmayıb.
Transfermarkt portalında futbolçunun bazar dəyəri 5 milyon avro qiymətləndirilir.
Namiq HUN