“Bavariya”nı rekord səfər seriyası gözləyir

İdman

10.11.2025 15:15

Almaniyanın “Bavariya” basketbol komandası 40 gün ərzində 12 oyun keçirəcək, onlardan 11-i səfərdə baş tutacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Basket News" məlumat yayıb.

Noyabrın 12-də “Barselona”ya qarşı ev oyunundan sonra Münhen təmsilçisi öz meydanında yalnız 23 dekabrda, İsrailin “Hapoel” (Təl-Əviv) klubuna qarşı oynayacaq.

Bu qeyri-adi cədvəlin səbəbi 2026-cı ilin yanvarında Serbiyanın paytaxtı  Belqradda keçiriləcək su polosu üzrə Avropa çempionatıdır. Turnirə görə, “Partizan”la yanvar oyunu noyabrla dəyişib və bu, “Bavariya”nı Avroligada ardıcıl yeddi səfər matçı ilə üz-üzə qoyub: 

“Anadolu Efes”, “Baskoniya”, “Valensiya”, “Partizan”, “Dubai”, ASVEL və “Monako”.

Bundesliqada da vəziyyət asan deyil:

İstanbul səfərindən sonra komanda növbəti beş oyundan dördünü səfərdə keçirəcək. 

Beləliklə, “Bavariya” ümumilikdə 12 oyundan 11-ni səfərdə oynayacaq.

Hazırda Münhen klubu 5 qələbə və 4 məğlubiyyətlə Avroligada 9-cu yerdədir. 

Namiq HUN

TodayPress TV 

tag: Almaniya,Bavariya,Basketbol,Oyun,Todaypress.tv,