U-15 millimiz Avropa çempionatında hədəfə doğru inamla irəliləyir!

U-15 millimiz Avropa çempionatında hədəfə doğru inamla irəliləyir!
21.10.2026 11:40 İdman

Trabzonda təşkil olunan U-15 Avropa çempionatında yığmamızın 7 üzvü növbəti mərhələyə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Gülay Ocaqova (57 kq) 1/4 finalda italiyalı Quilia Qiustizierini 4:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. O, finala gedən yolda macarıstanlı Lia Toldi ilə qarşılaşacaq.

Rafael Abbasov (66 kq) 1/4 finalda polşalı Yan Balaya 3:2 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. Onun növbəti rəqibi gürcüstanlı Zakaria Tsiklauri olacaq.

Sərxan Haxverdiyev (70 kq) 1/4 final mərhələsində polşalı Oliver Mayanı 3:2 hesabı ilə üstələyib. Boksçumuz yarımfinalda italiyalı Dieqo Mastrorillo ilə döyüşəcək.

Teymur Tanrıverdiyev (90 kq) 1/4 finalda türkiyəli Berat Yıldırıma 5:0 hesabı ilə tam üstünlüklə qalib gəlib və yarımfinalda rusiyalı Andrey Konstantinovla sınağa çəkəcək.

Veysilə Əliyeva (54 kq): 1/8 finalda şotlandiyalı Mairid Makgeoçə 4:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. O, növbəti mərhələdə ukraynalı Alina İnatoviçlə qarşılaşacaq.

Hüseyn Rəhimli (40 kq): 1/8 finalda xorvatiyalı Matiya Yankoviçi tam üstünlüklə məğlub edib. Rəhimli 1/4 finalda ingiltərəli Feliks Runi ilə üz-üzə gələcək.

Hümbət Almazov (42 kq): Serbiyalı Petar Radivoyeviçə 5:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb və bu mərhələdə almaniyalı Kevin Lourenko de Kastro ilə qüvvəsini sınayacaq.


Namiq HUN

TodayPress TV

FOTOLAR

U-15 millimiz Avropa çempionatında hədəfə doğru inamla irəliləyir! — 1
U-15 millimiz Avropa çempionatında hədəfə doğru inamla irəliləyir! — 2
U-15 millimiz Avropa çempionatında hədəfə doğru inamla irəliləyir! — 3
XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər