"Bavariya" ev sahibinə qalib gəldi

"Bavariya" ev sahibinə qalib gəldi
01.03.2026 04:00 İdman

Almaniya çempionatının 24-cü turunda "Borussiya Dortmund" çempion "Bavariya"nı qəbul edib.

TodayPress TV xəbər verir ki, matç qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb. 

Münhen komandasının heyətində ingilis hücumçu Harri Keyn dubl edib. Qələbə qolunu alman yarımmüdafiəçisi Coşua Kimmix vurub.

Ev sahiblərindən isə Niko Şlotterbek və Daniel Svensson fərqləniblər.

"Bavariya" 63 xalla turnir cədvəlinə başçılıq edir, "Borussiya" isə 52 xalla ikinci yerdədir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər