Batrakova Avropanın nəhənglərindən böyük maraq!

Batrakova Avropanın nəhənglərindən böyük maraq!
17.11.2026 13:56 İdman

“Barselona” və “Bavariya” klublarının nümayəndələri Türkiyənin “Qalatasaray” komandasında çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun oyununu canlı izləmək üçün İstanbula gələcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Birlik” nəşri məlumat yayıb.

Bildirilir ki, hər iki klubun nümayəndələri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək “Qalatasaray” - “Aston Villa” qarşılaşmasını stadiondan izləyəcəklər. Noyabrın 24-də baş tutacaq görüşdə onların əsas məqsədi Batrakovun çıxışını yaxından qiymətləndirmək və oyununu təhlil etməkdir.

Bundan əlavə, İngiltərə Premyer Liqasının bir sıra klublarının, eləcə də PSJ komandasının da rusiyalı futbolçuya maraq göstərdiyi bildirilir.

Məlumata əsasən, yaxın vaxtlarda “Qalatasaray” klubunun rəhbərliyi Batrakovun agenti ilə görüşlər keçirəcək. Danışıqların əsas məqsədi futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləğini 55 milyon avrodan 100 milyon avroya yüksəltməkdir.

Qeyd edək ki, Aleksey Batrakov avqust ayında Moskva “Lokomotiv”indən “Qalatasaray”a keçib. 21 yaşlı yarımmüdafiəçi Türkiyə klubunun heyətində keçirdiyi 13 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.


Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər