Basketbol millimiz seçmə mərhələdə növbəti dəfə uduzdu

Basketbol millimiz seçmə mərhələdə növbəti dəfə uduzdu
18.11.2025 23:50 İdman

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

TodayPress TV -nin məlumatına görə, Ukrayna ilə üz-üzə gələn Evren Alkayanın baş məşqçisi olduğu kollektiv rəqibinə 34:98 hesabı ilə uduzub.

Qarşılaşma Latviyanın paytaxtı Riqada keçirilib.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər