Basketbol millimiz Dünya Kubokunun yarımfinalında MƏĞLUB OLDU
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun yarımfinalında məğlub olub.
TodayPress TV-nin məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ABŞ seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 19:18 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.