Basketbol dünyası Lebron Ceymsin qərarını gözləyir

İdman

12.05.2026 11:39

Dördqat NBA çempionu və “Los-Anceles Leykers” klubunun ulduz basketbolçusu Lebron Ceyms mövsüm başa çatdıqdan sonra gələcəyi ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, amerikalı forvard komandasının pley-offdan kənar qalmasından sonra qərar vermək üçün zamana ehtiyacı olduğunu bildirib.

“Bu, müəyyən prosesdir. Hər şeyi dərk etmək bir neçə həftə vaxt aparacaq. Gələcəkdə məni nə gözlədiyini bilmirəm. Vaxtı gələndə hansı qərarı verəcəyimi hamınız biləcəksiniz”, – deyə Lebron Ceyms mətbuat konfransında söyləyib.

Xatırladaq ki, “Los-Anceles Leykers” NBA pley-offunun 1/4 final mərhələsində “Oklahoma-Siti Tander” komandasına 0:4 hesabı ilə məğlub olub.

Namiq HUN

TodayPress TV

tag: NBA,Lebron Ceyms,Los-Anceles Leykers,Oklahoma-Siti Tander,Todaypress.tv,