Baş məşqçi Bruno Jenezio Fransa klubundan ayrıldı

Baş məşqçi Bruno Jenezio Fransa klubundan ayrıldı
25.05.2026 23:20 İdman

Fransanın "Lill" klubu baş məşqçi Bruno Jenezio ilə yollarını ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssisin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, Bruno Jenezio 2024-cü ilin yayından "Lill" kollektivini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 2025/2026 mövsümündə Fransa çempionatını 3-cü pillədə başa vurub.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər