“Barselona”nın yeni ulduzundan gözlənilməz hərəkət: Qaya üzrü qəbul etdi
“Barselona”nın yarımmüdafiəçisi Rodri La Liqanın IV turunda “Valensiya” üzərində qazanılan darmadağın qələbə (5:0) zamanı rəqib komandanın ünvanına səsləndirdiyi sözlərə görə komandanın kapitanı Xose Qayadan üzr istəyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin yeni transferi matçın 62-ci dəqiqəsində müdafiəçi Pau Kubarsi ilə birlikdə əvəzlənərək meydanı tərk etdikdən sonra ehtiyat skamyada rəqibi “çox zəif”, oyunlarını isə “bərbad” adlandırıb.
Mənbənin məlumatına görə, Rodri Xose Qayaya zəng edərək bu sözlərin səmimi və rahat mühitdə deyildiyini, “Valensiya” futbolçularına hörmətsizlik etmək və ya onların ustalıq səviyyəsinə şübhə etmək niyyətində olmadığını izah edib. Yarımmüdafiəçi, həmçinin yanlış anlaşılmaların və narazılıqların aradan qaldırılması üçün üzrxahlığının komandanın digər üzvlərinə də çatdırılmasını xahiş edib. "Valensiya"nın kapitanı səmimi söhbət əsnasında üzrxahlığı qəbul edib.
Namiq HUN