“Barselona”nın gənc ulduzu özünü yenidən göstərmək istəyir

“Barselona”nın gənc ulduzu özünü yenidən göstərmək istəyir
01.11.2025 14:15 İdman

“Barselona” klubunun gənc futbolçusu Lamin Yamal son bir həftə ərzində xüsusi proqram üzrə fərdi məşqlər keçib. 

TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.

18 yaşlı hücumçu daha əvvəl qasıq nahiyəsindən zədə almışdı. O, La Liqanın X turunda “Real Madrid”ə qarşı keçirilən matçda (2:1) narahatlıq hiss etmişdi.

Yamal bu çətinlikdən sonra yenidən ən yaxşı formasına qayıtmaq və uğursuz “El Klasiko”dan sonra özünü göstərmək istəyir. 

Forvard bunu 2 noyabrda baş tutacaq “Elçe” ilə qarşılaşmada reallaşdırmağa ümid edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər